Oktyabrda Medx.az-ın onlayn açılışın 1 yaşı tamam olur!

İnşallah 10 yaşını da qeyd eləmək nəsib olar.

Bununla əlaqədar olaraq əvvəlcədən saytda köklü dəyişikliklər etməyə qərar vermişdik. İlkin növbədə əsas səhifəhəkim hesabı dizaynı dəyişdirildi. Həkimlər sualları cavablandırmaq üçün öz profillərinə ağıllı telefonlardan da daxil ola bilərlər. Bunun üçün profillərinə http://m.medx.az ünvanından daxil olmalıdırlar.

Eyni zamanda həkimlərin öz aralarında ismarıc (mesaj) göndərmə xidməti də əlavə edildi.

Növbəti mərhələlərdə digər səhifələrin dizayn dəyişikliyi nəzərdə tutulub. Bununla yanaşı olaraq əlavə funksiya və xidmətlər də təqdim ediləcək.

Bir də, işdi əsas səhifədə göl şəklin nə dəxli olduğunu soruşsanız, indidən deyirik ki, o gölün adı Medicine Lake, yəni Tibb və ya Dərman Gölüdür. Harda yerləşdiyini tapa bilməsəniz, buyurun soruşun, biz deyərik. :)

 

Həkimlərin istifadəsinə "Maraqlı" bölməsi təqdim edirik.

Həkimlər, bəyəndikləri xəbərləri hesablarında yerləşən "Maraqlı" bölməsində paylaşa bilərlər. Mətn daxil etmək üçün en çox 250 simvoldan istifadə etmək olar.

Paylaşdığınız xəbəri Medx.az-ın Facebook səhifəsində görünməsini istəyirsəniz isə, "Medx.az Facebook hesabına da göndər" qutusunu seçili hala gətirin. Bu halda xəbəriniz Medx.az-in həm Facebook, həm də Twitter səhifəsində görünəcək.

Həkimin səhifəsində isə belə görünəcək : Emil Civişovun "Maraqlı" səhifəsi

Həkimlərimizin yazdığı məqalələri http://medx.az/meqaleler.aspx səhifəsindən oxuya bilərsiz. Məqalələrin, həkimlə pasiyent arasında etimadın qurulmasında rol oynadığına inanırıq. Bu səbəb ilə həkimlərimizin və ziyarətçilərimizin istifadəsinə belə bir vasitəni təqdim edirik.

 

Həkim axtarış mərhələləri azaldı. Əsas səhifədə olan ixtisas siyahıdan, sizə lazım olan ixtisas üzərinə siçan ilə vuraraq, bazamızda qeyd olan mütəxəssiz həkimləri görə bilərsiz. Beləcə axtarışınız bir addım qısaldı.

Bir həkimin profilinə baxdığınız vaxt, profilin sol tərəfində "OXŞAR HƏKİMLƏR" qutusunu görəcəksiniz. Bu qutuda, o anda baxdığınız həkimin ixtisas və yerinə uyğun həkimlər çıxır. Beləcə, eyni ixtisas sahibi başqa həkim üçün axtarış aparmaq lazım olmayacaq.

Həkim axtarış səhifəsin dizaynı dəyişdi. Hal hazırda Bakı şəhərində işləyən həkimləri rayonlara və/və ya cinslərinə görə axtara bilərsiz.

Əlavə olaraq, hansı həkimə müraciyət etdiyinizi bilmədiyiniz vaxt, simptomlara görə həkim axtara bilərsiz. Məsələn, "böyrək daşı" ilə axtarış etdiyinizdə, "böyrək daşı" açar sözlərinə sahib həkimləri axtarış nəticələrində görmək mümkündür.

Həkimlərin ictimai profillərinə baxış statistikası əlavə edilmişdir.

Son 25 gün üçün hər gün, son 24 həftə üçün hər həftə və son 1 il üçün hər ay olan baxış sayısı göstərilir.  

Salam.

Yəqin ki saytımızı ziyarət elədiyinizdə ağlınıza "Bu sayt nədir, nə üçündür və qurucular nə məqsəd güdürlər?" kimi suallar gəlir.

medx.az Nədir? bölməsində də yazdığımız kimi, ilk məqsədimiz, bizim kimi uyğun həkim tapmaqda çətinlik çəkən, hər kiçik sual üçün xəstəxana və ya klinikaya gedib növbədə duran, üstəlik bunu üçün ödəmə edən və sairə problemlərlə qarşılaşan insanlar üçün bir miqdar da olsa həyatı asanlaşdırmaqdır.

Eyni zamanda həkimlərimiz açdıqları profilləri ilə pasiyentlərə özlərini tanıdma imkanı əldə edirlər. Pasiyentlər bəzi suallarını həkimlərə soruşa bilər. Digər pasiyentlərin verdikləri suallar və həkimlərin cavabları da sayt ziyarətçilərinə təqdim olunur.

Bizə çox soruşulan "Bu xidmət ödənişlidir?" sualına cavabını burda da əlavə edirik və bu xidmətin həm həkimlər üçün, həm də həkimlər üçün tamamilə ödənişsiz olduğunu vurqulayırıq.

Pasiyentlərdən yeganə xahişimiz odur ki, xidmətindən istifadə etdiyiniz həkimlər haqqında şərhlərinizi onların şəxsi səhifələrinə əlavə edəsiniz və onları qiymətləndirəsiniz. Bütün bunları Siz Facebook hesabınız vasitəsilə edə bilərsiniz.

Eyni zamanda Sizə daha yaxşı xidmət göstərə bilmək üçün dəyərli təkliflərinizi gözləyirik.