QAMMATİZM
Qammatizm - buqüsurq səsinin qüsurlu tələffüzüdür.Tələffüzünə görə q samiti ilə k samiti arasında, demək olar ki, heç bir fərq yoxdu. Q samitinin tələffüzü zamanı da dilin arxa hissəsi burun boşluğunun yolunu tutmuş, yumşaq damağa kiplənir. Sədalı küyə malik olan hava axını yumşaq damaqda əmələ gəlmiş maneəni aradan qaldırır ki, bunun da nəticəsində cingiltili q samiti yaranır. Göründüyü kimi, k səsi ilə q samiti arasında elə bir fərq yoxdur, lakin cüzi bir fərq vardır ki,k samitinin tələffüzü zamanı səs telləri iştirak etmir, q samitinin tələffüzündə isə iştirak edir.
Q səsinin səhv tələffüzü zamanı bəzən q d səsi ilə əvəz olunur və ya ğ və x kimi tələffüz edilir. Məsələn: «dələm»-qələm, «doz»-qoz, «duru»-quru, «daşıq»-qaşıq, «bayrağ»-bayraq, «papağı»-papaq, «Oktay»-Oqtay, «Xara»-qara və s.