KƏKƏLƏMƏNİN TƏSNİFATI
KƏKƏLƏMƏNİN TƏSNİFATI
Kəkələmənin təsnifatı müxtəlif mövqelərdən aparılır.
Etimoloji əlamətlərlə pozulmanın kliniki mənzərəsinin nəzərə alınması ilə aparılaraq kəkələmə fərqləndirilmişdir:
1.Nitqdə iştirak edən orqanların struktur və funksiyasında anomaliyalarla müşayiətedici kəkələmə;
2.Solaxaylıqla bağlı kəkələmə;
3.Təqlidlə əlaqədar kəkəlmə;
4.Emosional pozulma və emosional dəyişikgənliklə müşayiət edilən kəkələmə;
5.Loqofobiya, naqislik hissi.
*Anatomik-fizioloji əlamətlərə görə kəkələmə:
1.Pallidar sindromlu uşaqlar – uşaqda bu zaman psixoloji-fiziki lənglik, şəxsiyyət pozulmaları, ətraf aləmlə əlaqə yarada bilməmək, qaşqabaqlıq, oyunlarda iştirak etməmək üçün hallar müşahidə olunur;
2.Striar sindromlu uşaqlar. Belə uşaqlara psixo-fiziki lənglik, əsəb-psixi pozulmalar xasdır. Uşaqlar çox mütəhərrik, çox asan əlaqəyə girən, kəkələməkdən utanmayan olurlar.
*Kəkələməni patoloji müxtəlif cinsli qruplar kimi araşdıran tədqiqatlar. (N.M.Asatiani, V.Q.Kazakov və başqaları) 4 qrup kəkələyənin olmasını qeyd edirlər.
1.Müxtəlif gənəzisli mərkəzi sinir sisteminin üzvü pozulmasının resedual halı
2.Nevrotik pozulmalar
3.Psixopatiya
4.Süst proqrediyent şizofreniya
*Kəkələmənin formaları :A)Tonik, B)Klonik C)Qarışıq
*Qıcolmaların növü :A)Tələffüs B)Səs C)Artikulyar D)Qarışıq
*Kəkələmənin dərəcəsi : A)Yüngül B)Orta C)Ağır