
Dünya statistikasında ən çox istifadə olunan kosmetik prosedura olan botulinum toksini inyeksiyası xəstə məmnuniyətinin də ən yüksək olduğu bir metoddur. Ancaq əlbəttə ki, təcrübəli mütəxxəsis tərəfindən uyğun dozada, göstəriş olan xəstəyə olunmalıdır.
Gülmə, hirslənmə, ağlama kimi mimik hərəkətlər nəticəsində üzümüzdəki mimik əzələlər hərəkət edir ve buna bağlı olarak üzərindəki dəridə qırışıqlıqlar əmələ gəlir. İllər boyu bu hərəkətlərin təkrarlanması sonucu dəridə yaranan qırışıqlıqlar qalıcı olmağa başlayır.
Botoks Botulinum toksinin uyğun əzələnin içinə verilməsindən ibarət bir injeksiya metodudur. Botoks zamanı istifadə olunan maddə Clostridium botulinum adlı , gram (+), anaerob bir bakteriyanın toksinidir. 1980-ci ildən qırışıqlıq müalicəsində istifadə olunur. Bu maddə inyeksiya edildiyi bölgədəki əzələnin funksiyasını müvəqqəti olaraq azaldır vəya yox edir. Əzələ funksiyasını itirib yığıla bilməyincə, üzərindəki dəridə yaranan qırışıqlıqlar da azalır veya yox olur. Xüsusən göz çevrəsi, qaş arası və alın qırışıqlıqlarında çox effektivdir.
Botoks inyeksiyası üzünüzün bəlli bölgələrindəki qırışıqlıqlarda keçici düzəlməyə səbəb olur. Bu düzəlmə 3-6 ay qədər davam edir. Proseduradan 3-5 gün sonar botoxun təsiri başlayır və 2 həftə içərisində tamamən özünü göstərir.
Botox qırışıqlıq, tərləmə, migren müalicəsində istifadə olunur.