ej

Emil Civişov-Təsisçi

Türkiyədə Əczaçılıq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. TÜBİTAK dəstəkli layihədə, təbii dərman prepartların tədqiqatında elmi işçi olaraq çalışıb. 2005-2006-cı illərdə, Türkiyədə, "Aciktik.biz" onlayn yemək sifarişi startup-ın həmtəsisçilərindən olub. Amerika Birləşmiş Ştatlarında iki təhsil müəssisəsində, biotibbi (biomedical) təhsil proqramı çərçivəsində, laboratoriyaların qurulmasına və kurrikulumun tətbiqinə rəhbərlik edib və dərs deyib. ABŞ Stanford Universiteti ilə birgə başladılan təhsil proqramına rəhbərlik edib. Proqramlaşdırma ilə məktəb illərindən maraqlanır. 2004-cü ildə, Türkiyədə, .NET texnologiyası üzrə Maykrosoft Sertifikatlı Peşəkar (Microsoft Certified Professional) sertifikatını alıb.

mak

Məmməd Kərimov-Investor və biznes məsləhətçi

Marketinq ixtisası üzrə magistr təhsili alıb və VMF, Aztech, Azza şirkətlərinin marketinq şöbələrinin rəhbəri olaraq çalışıb. 10 ildən artıq telekom sahəsində peşəkarlaşan Məmməd Kərimov Azercell, Bakcell və Azerfon şirkətində Əlavə Dəyərli Xidmətlərin yaradılması və inkişafı üzrə rəhbər vəzifədə çalışıb. Mak.az, Technmum.com kimi online media resurslarının və Digital Marketing İnstitunun Azərbaycan və Türkiyə üzrə təsisçilərindəndir. Azərbaycan Marketinq İcmasının və TEDxBAKI konfranslarının təşkilat komitəsinin həmsədridir. Hal-hazırda Khazar Ventures şirkətinin həmtəsisçisi və biznes məsləhətçisi kimi fəaliyyətini davam edir.