Adətən pasientlər müalicə xərclərinin yüksək olmasından narazılıq edirlər. Bundan əlavə doğru həkimi tapmaq yüksək xərcləri daha da artıraraq onların məyusluğuna səbəb olur. Bəzən adi bir suala cavab almaq üçün xəstəxanaya qədər getməli olursunuz, buna görə də xərc çəkib növbədə durursunuz. Bu saytın təsisçiləri də bu cür oxşar problemlərlə üzləşirlər.

Bu saytı qurmaqda əsas məqsəd də bu problemlərlə mübarizə aparan pasientlərə ödənişsiz xidmət vasitəsi ilə yardım etməkdir.

Medx.az-ın əsas məqsədi pasientlərə nisbətən qısa zaman ərzində doğru həkimi tapmaqda kömək etmək və müalicə ilə bağlı xərcləri azaltmaqdır.
Medx.az ilə, Siz, saytda qeydiyyatdan keçmiş, sizin ərazidə fəaliyyət göstərən həkimlər haqqında məlumat ala bilərsiniz və online olaraq hər hansı bir sualınızla onlara müraciət edə bilərsiniz.

Bu xidmət üçün Sizdən heç bir ödəniş tələb olunmur, biz bu xidməti Sizə tamamilə PULSUZ təqdim edirik!
Sizdən yeganə xahişimiz odur ki, xidmətindən istifadə etdiyiniz həkimlər haqqında şərhlərinizi onların şəxsi səhifələrinə əlavə edəsiniz və onları qiymətləndirəsiniz. Bütün bunları Siz Facebook hesabınız vasitəsilə edə bilərsiniz.

Əlbəttə ki, medx.az, həkimlərlə canlı ünsiyyəti əvəz edə bilməz və məqsəd heç də bu deyil. Əgər müvafiq diaqnoz və müalicəyə ehtiyac varsa, biz Sizin birbaşa olaraq həkimə müraciət etmənizi təkidlə tövsiyyə edirik. Saytda istifadə olunan bütün məlumatlar tövsiyyə xarakteri daşıyır və biz, məsləhətləri düzgün istifadə etmədikdə yaranan nəticələrə görə heç bir məsuliyyət daşımırıq.

Sizə daha yaxşı xidmət göstərmək üçün hər zaman Sizin məsləhət və təkliflərinizi gözləyirik!

Sizə sağlam həyat arzulayırıq!

Hörmətlə,
medx.az